Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremldən Ankaraya: "Suriya ilə razılaşdırın"

Suriya ərazisində nə baş verirsə, rəsmi Dəməşqlə razılaşdırılmalıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Mariya Zaxarova deyib.

“Anti-terror əməliyyatı Dəməşqlə razılaşdırılmalıdır. Bu, birinci və mübahisəsiz şərtdir, çünki söhbət suveren dövlətdən gedir”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, bu, Rusiyanın Türkiyənin apardığı əməliyyatlarla bağlı dəyişilməz və prinsipial mövqeyidir:

“Sözsüz ki, biz türkiyəli partnyorlarımızla əlaqədəyik. Bəzi məsələlər həll olunub, bəziləri də həll olunmaq ərəfəsindədir”.

Son xəbərlər
Bütün xəbərlər »