Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
XİN sözçüsü Cəmmu və Kəşmirdə baş verənlərlə əlaqədar Azərbaycanın mövqeyini açıqlayıb
xarici işlər nazirliyi

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibi Leyla Abdullayeva Cəmmu və Kəşmirdə baş verən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini açıqlayıb.

XİN-dən APA-ya verilən məlumata görə, L. Abdullayeva bildirib ki, Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır: "Azərbaycan Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllini dəstəkləyir.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə Kontakt qrupun üzvüdür. Bu günlərdə İƏT-in Ciddədə mənzil qərargahında Cəmmu və Kəşmir üzrə Kontakt qrupun iclası keçirilib".

Paylaş »
››› Toyda uşağı içki şüşəsi ilə vuran azərbaycanlı dünya mediasında - Video
››› “Tarqovı”da vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları açıqlandı - Video
››› Yanvarın 1-dən 50 manat ödəməyən mənzil sahibləri əlavə 30 manat cərimələnəcək
››› Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
››› Polis Bakıda böyük faciənin qarşısını aldı - Video
Son xəbərlər
Bütün xəbərlər »