Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quba rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini intihar edib

Qubada intihar hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakini, 1959-cu il təvəllüdlü Canpolad Abbasov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Qeyd edək ki, C.Abbasov uzun müddət Qubada müxtəlif vəzifələrdə işləyib. O, bir müddət Quba rayon İcra Hakimiyyəti başçısının müavini olub.

Son xəbərlər
Bütün xəbərlər »