Ermənistanın baş naziri Nikol Paşinyan baş məsləhətçisini vəzifəsindən azad edib.
“Tert.am” saytının verdiyi xəbərə görə, Ermənistanın baş naziri bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Nikol Paşinyanın baş məsləhətçisi Aram Qaribyan 2019-cu il sentyabrın 2-dən etibarən səlahiyyətlərinin icrasını dayandıracaq.
Digər qərara əsasən, baş nazirin köməkçisi Mqer Saakyan və xarici siyasət məsələləri üzrə müşaviri Arsen Qasparyan da vəzifələrindən azad olunublar. (apa)