Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı gənc Rusiyada yanan evin sakinini xilas edib - Video

Rusiyanın Nijnevartovski şəhərində 25 yaşlı Şəhriyar Axundov alovun bürüdüyü evin sakinini xilas edib.

“Report”un Rusiya bürosu xəbər verir ki, ötən gün axşamüstü şəhərin Divnı qəsəbəsində yanan evlərdən birində olan sakini yoldan keçən azərbaycanlı gənc bayıra çıxardıb.

“Hasarın üstündən adlayıb evə girdim, otaqları dolaşıb divanda köməksiz vəziyyətdə qalan bir kişini gördüm. Onu qucağıma alıb bayıra çıxartdım”, – deyə baş verəni nəql edən Şəhriyar əlavə edib.

 

Son xəbərlər
Bütün xəbərlər »