Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibkar süni qiymət artımından şikayətçidir – Video

Şirvanda fəaliyyət göstərən iş adamı, 62 yaşlı əlil sahibkar Qurbanxan Əbülhəsən oğlu Dəmirov “Məişət Maye Qaz” QSC-nin maye qazın qiymətini süni artırdırdığını iddia edib.

Bizimyol.info-ya müraciət edən Q.Dəmirov bildirib ki, o bu məsələ ilə bağlı müvafiq orqanlara müraciət edib.

“İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Müdafiəsi Dövlət Xidməti tərəfindən adıçəkilən qurumda aparılan yoxlamalar zamanı 9 milyon manat məbləğində cərimə tətbiq edilib. Buna baxmayaraq maye qaz satışındakı süni qiymət artımı, istehlakçı hüquqlarının pozulması və digər korrupsiya faktları hələ də hökm sürməkdədir”,-deyə Q.Dəmirov dedi.

Şikayətçinin sözlərinə görə, bu müraciətdən sonra onu “Məişət Maye Qaz” QSC-nin qərəzli münasibəti ilə qarşılaşıb: “Sahibkarlıq fəaliyyətimə zərər dəyib. Cəmiyyətə etdiyim müraciət nəticəsiz qalıb”.

Sahibkar Qurbanxan Dəmirovun iddiaları əsasında “Məişət Maye Qaz” QSC-nin electron ünvanına ([email protected]) göndərilən informasiya sorğusuna cavab verilməyib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »