Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Koreya prezidenti 2045-ci ilədək Koreya yarımadasının birləşdiriləcəyinə söz verib

"2045-ci ilədək Koreya yarımadasının birləşdirilməsinə cəhd edəcəyəm".

APA-nın “Guardian” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Mun Çje İn Cənubi Koreyanın Yaponiyanın nəzarətindən azad olunmasının 74-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“İndi hər iki Koreya respublikası və ABŞ ən tez zamanda işgüzar səviyyədə danışıqların bərpasına diqqət ayırmalıdır. Denuklearizasiya və Şimali Koreya ilə daha geniş iqtisadi əməkdaşlıq yarımadada davamlı sülhün yaradılmasının əsasını təşkil edəcək.

2032-ci ildə Seul və Pxenyanda birgə Olimpia oyunlarının uğurla keçirilməsi və 2045-ci ilədək, qurtuluşun 100-cü ildönümünü vahid bir ölkə olaraq sülh və vəhdət halında qeyd etmək üçün möhkəm zəmin yaratmağa söz verirəm. Özümüzə, Şərqi Asiyaya və dünyaya sülh - firavanlıq gətirəcək yeni bir Koreya yarımadası bizi gözləyir”, - deyə Cənubi Koreya prezidenti Mun Çje İn bildirib.

Son xəbərlər
Bütün xəbərlər »