Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Təzə evlər”in sakinləri ictimai nəqliyyat problemindən əziyyət çəkirlər

Qaradağ rayonu, Lökbatan qəsəbəsinin “Təzə evlər” yaşayış massivinin sakinləri ictimai nəqliyyat problemindən əziyyət çəkirlər.

Bizimyol.info xəbər verir ki, sakinlər Bakı Nəqliyyat Agentliyinə etdiyi müraciətdə “Təzə evlər”dən Lökbatan Nəqliyyat Mübadilə Mərkəzinə və Cənub Avtovağzalına birbaşa marşrut xəttinin olmamasından şikayət edilir.

“Məlumat üçün bildirək ki, “Təzə evlər” yaşayış massivində 100-ə yaxın hündürmərtəbəli yaşayış binası və burada çoxlu sayda həyət evləri yerləşir. Burada yaşayan ailələr gündəlik 2 və ya 3 nəfər avtobusdan istifadə edərək şəhərə gedib gəlir. Bu ərazidən Lökbatan Nəqliyyyat Mübadilə Mərkəzinə getmək üçün 2 avtobusdan istifadə etmək lazım gəlir və həmin mərkəzdən şəhərə növbəti avtobusdan istifadə olunur ki, bu da həm vaxt, həm də maddi cəhətdən sərfəli deyil”,-deyə “Təzə evlər” sakinləri müraciətində bildiriblər.

Sakinlər 206 nömrəli müntəzəm marşrutun hərəkət istiqamətinin dəyişdirilməsini, yəni marşrut xəttinin “Təzə evlər” yaşayış massivinə qədər uzadılmasını tələb ediblər.

Sakinlərin müraciətinə Bakı Nəqliyyat Agentliyindən cavab olaraq bildirilib ki, mütəxəssislər tərəfindən araşdırılma aparılaraq əraziyə baxış keçirilmiş və marşrutun təşkil olunması məqsədəuyğun hesab edilib: “Amma iki ildir marşrut xətti dəyişdirilmir. Lakin bəhanə olsun deyə 2018-ci ilin dekabr ayında 130 saylı marşrutdan bir ədəd avtobus ayıraraq üzərinə A4 vərəqi ilə 130A yazıb Lökbatan Nəqliyyat Mübadilə Mərkəzinə təxminən 2 saatdan bir işləyir”.

Ramid İbrahimov

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »