Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ-Azərbaycan Kənd Təsərrüfatı Forumu Oklahomada keçiriləcək

Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu 6-8 noyabr tarixlərində Oklahoma şəhərində keçiriləcək. Forum ən yaxşı təcrübələri bölüşmək və hər iki tərəfin iqtisadiyyat sektorunda tərəfdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssis/nümayəndələr, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirəcək.

Bu, ABŞ və Azərbaycandan siyasətçiləri və kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən ikinci belə forumdur. Aprel ayında Çikaqoda keçirilən ilk belə forumda Azərbaycanın Kənd Təsərrüfatı Naziri İnam Kərimovun rəhbərliyi ilə 14 Azərbaycan şirkətinin nümayəndə heyəti və İllinoys ştatının 33 şirkətləri iştirak etmişlər. Çikaqo forumu Azərbaycanın kənd təsərrüfatı sektoru və ABŞ-ın İllinoys ştatının fermer, aqrobiznes və istehsalçıları ilə əlaqələr yaratdı.

Oklahoma-Azərbaycan Forumu heyvandarlıq/maldarlığa xüsusi diqqət yetirərək, təsərrüfatın idarə olunması, nizamlanması və geniş çeşidli taxıl və məhsulların təbliğini əhatə edəcək. Oklahoma ABŞ-da çovdarın bir, mal əti üzrə isə ikinci ən böyük istehsalçıdır. Kənd təsərrüfatı dövlətin illik iqtisadiyyatının 7.1 milyard dollarını təşkil edir və kənd təsərrüfatı məhsullarının ixracı dövlətə ildə 1.9 milyard gəlir gətirir. Oklahoma ştatı və Azərbaycan Respublikası 2003-cü ildən etibarən ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir. Oklahoma Milli Qvard