Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gələcəkdən gələn dərman tapıldı – Bu məlhəm daxildəki sağalmaz yaraları sağaldır

Bizimyol.info xəbər verir ki, Harvard Universitetinin alimləri daxili orqanların, damarların, dərinin və yumşaq sümük toxumalarının (ximirçəklərin) yaralarını sağaltmağa qadir hidrogel təqdim ediblər. Bu məlhəm xüsusən bağırsaqların müalicəsində effektiv təsir göstərir.

Gələcəkdə onun bütün bədəndə istifadə oluna biləcəyi qeyd edilsə, də hələlik funksionallığı məhdud səviyyədədir.

Məlhəmin tərkibi patogen olmayan "E.Coli ştamm"ı və "CsgA cur"li proteinindən ibarətdir. Bu maddələr bağırsaqda selik yaradaraq bağırsaq divarına yapışır və yaranın sağalmasına gətirib çıxarır.

Alimlərin fikrinə görə, bu hidrogel örtüyü daxilə keçirilən əməliyyatlar zamanı yaraya çəkilə və ya kapsula şəklində udula bilər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »