Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət büdcəsinə avtomobillər vasitəsi ilə gələn xeyir və zərər

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 22 974 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Bizimyol.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 274 ədəd və ya 1,96 dəfə çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 70 ədəd və ya 2,01 dəfə artaraq 139 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 10 398 ədəd və ya 1,99 dəfə artaraq 20 800 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 786 ədəd və ya 67,93 artaraq 1 943 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 20 ədəd və ya 27,78% artaraq 92 ədəd olub.

2017-ci ildə yol hərəkəti qaydalarının pozulmasına görə 73,7 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Bu ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 374 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5% az yol-nəqliyyat hadisəsi baş verib.

Qaydaların pozulmasına görə 23,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 484 nəfər olub. Onlardan 142-si həlak olub, 342-si isə yaralanıb.

Hər il orta hesabla avtomobillərin cəriməsindən ölkə büdcəsinə təxminən 74 milyon vəsait daxil olur. Bura sığorta və texniki baxış xidmətlərini də daxil etsək vəsaitin külli hall almasının şahidi oluruq. Amma Azərbaycan vətəndaşları avtomobil sahibi olmağa çox böyük həvəs göstərsələr də, ölkədə avtomobil rüsumlarına qoyulan qiymətin yüksək olması Azərbaycanın özünün avtomobil satışı üzrə qabaqcıl ölkə olmasına imkan vermir. Vətəndaşlarımız xaricdən, xüsusilə Gürcüstandan avtomobil almağa üstünlük verirlər. Avtomobil bazarının bu şəkildə idarə edilməsi narazılığa səbəb olur.

Vətəndaş tutaq ki 10 min manata aldığı avtomobilə 10 min də vergi rüsumu ödəyir və işlənmiş avtomobilə 20 min manat verməli olur. Bundan qaçmaq üçün Gürcüstandan etibarnamə ilə avtomobil alırlar. Hər 3 aydan bir ölkədən çıxış edib, geri qayıdırlar və Azərbaycanda rahat şəkildə maşını sürürlər.

avtomobil idxali

Yol-nəqliyyat eksperti Tural Yusifovun fikrincə çıxış yolu gömrük vergilərini azaltmaqdır.” Hibrid avtomobillər üçün aksiz vergi 50 faiz endirilməlidir. Qaz avtomobilləri üçün vergi yığışdırılmalıdır.

Yeni avtomobillər, mühərriki 2500 kubmetr olanlar üçün aksiz marka olmamalıdır. 2500 kubmetrdən yuxarı avtomobillərə aksiz marka tətbiq edilə bilər. Bir sözlə, gömrük rüsumlarına yenidən baxılmalıdır. Əks halda problemlər daha da çoxalacaq, Azərbaycan "metallomluq" maşınlarla dolacaq".

İlhamə

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »