Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seyid Taleh Boradigahi Allahın elçisinə mahnı həsr etdi: "Ey sevgili" - Video

Məşhur Əhli-beyt (ə) məddahı, "Azərbaycan qrupu" nun rəhbəri Seyid Taleh Boradigahi yeni klipini təqdim edib.

Bizimyol.info xəbər verir ki, Seyid Taleh Boradigahi Allahın ən sevimli dostu, onun sonuncu peyğəmbəri və bütün bəşəriyyətə göndərdiyi elçisi, tarixin ən parlaq siması, tək şərqə deyil, bütün dünyaya məxsus olan Islam peyğəmbəri Muhəmmədə (s) oxuduğu "Ey sevgili " nəğməsinə çəkdirdiyi klipi öz "Youtube" səhifəsində paylaşıb.

Tez bir zamanda çox saylı izləyicilər tərəfìndən böyük rəğbətlə qarşılanan klipin rejissorluğunu Fuad Rzayev edib.

Klipin çəkilişləri Heydər məscidində, Içəri şəhərdə, Dənizkənarı bulvarda və Heydər Əliyev Beynəlxalq hava limanında baş tutub.

Qeyd edək ki, Əhli-beyt məddahı Seyid Taleh Boradigahinin ifa etdiyi "Ey sevgili " nəğməsinin sözləri və musiqisi Ramin Alıyevə məxsusdur.

Son xəbərlər
Bütün xəbərlər »