Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əcaib varlıqlar kənd sakinlərini təşvişə salıb - Video

Ucar rayonunun Çiyni kəndinin sakinləri bir neçə gündür ki, qəribə varlıqla üzləşdiklərini deyirlər.

Kənddə peyda olan əcaib varlıq insanları təşvişə salıb. Kənd sakinləri iddia edir ki, bir neçə gündür kənddə qəribə varlıq ortaya çıxıb. Xüsusən də gecələr həyətlərə girir, küçələrdə insanların qabağına çıxır. İnsanlar başdan ayağa tüklü olan bu canlının nə olduğunu müəyyən edə bilmirlər. O, həm də çox sürətlə qaçır.

Sakinlər deyir ki, onlar ehtiyat etdiyindən gündüzlər əllərində ağac parçaları ilə gəzirlər. Onların sözlərinə görə, naməlum varlıq hündür divarlara da dırmaşır.

Sakinlər bununla bağlı polisə də müraciət ediblər. Rayon polis şöbəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, kəndə polis əməkdaşları cəlb olunub.

Gecə saatlarında da kənddə yoxlamalar aparılır. Çiyni kənd icra nümayəndəsi Vüqar Zeynalov da "Xəzər Xəbər"ə bildirib ki, vətəndaşlarla söhbətlər aparılıb. Onlara gecə saatlarında tək gəzməmələri tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Peskov Putinin Sibir sevgisindən danışıb
Son xəbərlər
Bütün xəbərlər »