Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub - Foto

Türkiyə Liviyada feldmarşal Xəlifə Haftara dəstək üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göndərilən, Çin istehsalı olan pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub.

Virtualaz.org “ArmyRecognition” saytına istinadən xəbər verir ki, bununla da Türkiyə lazer silahını döyüş şəraitində tətbiq edən ilk ölkə olub.

Çin tərəfindən istehsal olunan “Wing Loong II” pilotsuz döyüş təyyarəsi bir neçə gün əvvəl Misurata şəhəri yaxınlığında vurulub. Sayt yazır ki, təyyarə Türkiyənin ASELSAN şirkəti tərəfindən işlənib hazırlanan, 50 kW güc hasil edən lazer hava müdafiə sistemi tərəfindən Misurata şəhəri üzərində uçarkən hədəfə alınıb.

Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb. “İlk dəfə bir lazer silahı başqa bir hərbi texnikanı real döyüş şəraitində məhv edib”,-sayt yazır.

Lazer silahı ABŞ, Rusiya və Çin başda olmaqla bir sıra ölkələr tərəfindən işlənib hazırlanmaqdadır. Son illər Türkiyənin ASELSAN şirkəti də bu sahədə işə başlayıb və lazer silahı hazırlayan şirkətlər sırasına daxil olub. Lakin indiyə qədər lazer silahını real döyüş şəraitində heç bir dövlət tətbiq etməmişdi.

Paylaş »
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
Son xəbərlər
Bütün xəbərlər »