Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ həbsxanasında iğtişaşlar zamanı 50-dən çox dustaq xəsarət alıb

ABŞ-ın Kaliforniya ştatında, Soledad şəhər cəzaçəkmə müəssisəsində baş vermiş iğtişaşlar zamanı 50-dən çox dustaq xəsarət alıb.

Bu barədə ştatın cəzaçəkmə müəssisələri idarəsinin məlumatında deyilir.

Bildirilir ki, iğtişaşlar müəssisənin həyətində təxminən 200 dustaq arasında baş vermiş kütləvi dava zamanı yaşanıb. Qarşıdurma nəticəsində 50 məhbusa həbsxanada tibbi yardım göstərilib, daha 8 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, təhlükəsizlik xidmətinin əməkdaşları xəbərdarlıq atəşi açdıqdan sonra iğtişaşlar yatıb. Insident zamanı, həmçinin həbsxana gözətçiləri arasında xəsarət alanlar olmayıb.(apa)

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »