Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailli stüardessa qızılca xəstəliyindən ölüb

İsrailin EI AI aviaşirkətinin stüardessası uzun sürət uçuşdan sonra qızılca xəstəliyindən ölüb.

"Report" "The Mirror" nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı çoxuşaqlı ana Rotem Amitay Nyu-Yorkdan Tel-Əvivə martın 26-da uçub, uçuşdan bir neçə gün sonra isə stüardessanın birdən-birə qızdırması qalxıb və o, koma vəziyyətinə düşüb.

Həkimlər qadına ölümə gətirib çıxaran ensefalit və beyin ödəmi diaqnozu qoyublar.

İsrailin Səhiyyə Nazirliyi stüardessanın harada yoluxduğunu müəyyən edə bilməyib, lakin qadının uşaq vaxtı qızılca əleyhinə peyvənd qəbul etdiyini qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »