Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Argentinanın hərbi təyyarəsi Antarktidada qəza enişi edib

Argentina hərbi qüvvələrinə məxsus təyyarə Antarktidaya aid Ceyms Ross adasına məcburi eniş edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin eniş etməsinin səbəbi açıqlanmır.

Bildirilir ki, Çilidən olan mütəxəssislər təyyarə heyətini Argentinanın Antarktikadakı Marambio bazasına çatdırıb. Onlara doğru tibbi personaldan ibarət digər təyyarə göndərilib.

Təyyarənin göyərtəsində əlavə helikopter var və o, insidenti araşdırmaqla yanaşı, qəza enişi edən təyyarəni bazaya çatdıracaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »