Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp keçən həftə nə qədər yalan danışıb?

ABŞ prezidenti Donald Tramp yalan danışmağı azaldıb. CNN-in hesablamasına görə, dövlət başçısı keçən həftə 21 yalan ifadə işlədib.

Bizimyol.info xəbər verir ki, Tramp daha az yalan danışmağa başlayıb. Keçən həftə cəmi 21 həqiqəti əks etdirməyən ifadə deyib. Son beş həftədə prezident bu qədər az yalan danışmamışdı.

Tramp keçən həftə üst-üstə 56 dəqiqəlik rəsmi açıqlama verib. Yanvardan bəri bu qədər az məhsuldarlıq olmamışdı.

CNN iddia edir ki, Tramp demokratlar, Çinlə ticarət müharibəsi, Şimali və Cənubi Koreyalar haqqında yalanlar danışıb. Məsələn, Tramp deyib ki, Çinin iqtisadi inkişafı son 35 ilin ən aşağı göstəricisini ortaya qoyur. Halbuki iki həftə bundan əvvəl son 27 ilin ən aşağı rəqəmlərindən danışırdı.

Tramp daha çox jurnalistlərlə söhbətlərdə yanlışlığa yol verir. “Twitter”dəki statuslarında da çox səhvləri olur.

Son xəbərlər
Bütün xəbərlər »