Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin inqilabdan qorxur

Honkonqda etirazlar səngimir. İnqilab təhlükəsi yaranıb. Çin isə bundan çox qorxur.

Bizimyol.info xəbər verir ki, Çinin Rusiyadakı səfiri Çjan Xanxuey baş verənləri rəngli inqilab adlandırıb və bunda Qərbi günahlandırıb. “Burada Qərbin əli var. Bir dövlət – iki sistem prinsipini pozmaq istəyirlər. Honkonq Çinindir, Amerikanın, İngiltərənin yox. Biz imkan verməyəcəyik ki, başqaları işimizə burnunu soxsun”, - səfir belə deyib.

Bir neçə gün əvvəl Çin ABŞ-ın iki hərbi gəmisinə Honkonq limanında yan almağa icazə verməmişdi. Çin Honkonqla sərhəddə yerləşən Şençjenə böyük hərbi polis qüvvəsi cəlb edib. Orada böyük hərbi təlimlər keçirilir.

Çin Dövlət Şurasındakı Honkonq və Makao məsələləri üzrə rəsmi nümayəndə Yan Quan baş verənlərdə terrorizm izi gördüyünü bildirib.

Honkonqda ayyarımdır böyük etiraz aksiyaları təşkil olunur. Etirazçılar iyulun 1-də parlament binasını ələ keçirməyi bacarmışdı. Onlar hökumətin Çinlə ekstradisiya müqaviləsinin əleyhinədir. Hökumət etiraz aksiyaları başlayandan sonra layihəni təxirə salıb.

Honkonq 1842-ci ildən 1997-ci ilə qədər Britaniya müstəmləkəsi olub. Ərazi indi xüsusi inzibati rayon kimi Çinin nəzarətindədir.

Son xəbərlər
Bütün xəbərlər »