Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ iki erməni şirkətinə qarşı sanksiya tətbiq etdi

İki erməni şirkəti ABŞ-ın qəzəbinə tuş gəlib. “Markel” və Yerevan rabitə vasitələri elmi-tədqitat institutuna sanksiya tətbiq olunub.

Bizimyol.info xəbər verir ki, rəsmi məlumata görə, Amerika bu şirkətlərin milli təhlükəsizliyinə zərər vuracaq fəaliyyətlə məşğul olduğunu düşünür.

Elmi-tədqiqat institutu elə məhsullar alırmış ki, bunlar lisenziyası olmadığına görə ABŞ-ın sənaye və təhlükəsizlik bürosunun “Kommersiya nəzarəti siyahısı”na düşüb. İnstitutun icraçı direktoru həm də “Markel”ə rəhbərlik edir.

“Markel” ABŞ-ın sanksiyalarının hədəfinə çevrilən bir İran şirkəti ilə ortaq biznesinə görə qara siyahıda yer alıb.

Ermənilərdən başqa, Rusiyanın, Gürcüstanın, Belçikanın, Böyük Britaniyanın, Kanadının, Çinin və Honkonqun da 15 şirkətinə sanksiya tətbiq olunub. Şirkətlər bundan sonra ABŞ-dan məhsul ala bilməyəcəklər.

Son xəbərlər
Bütün xəbərlər »