Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hitlerin babası yəhudu idimi? – Yeni iddialar var

Adolf Hitler tarixdə yəhudilərin qatı düşməni kimi qalıb. Bu xalqın milyonlarla nümayəndəsi nasist Almaniyasının liderinin qurbanı olub.

Bizimyol.info xəbər verir ki, Hitlerin babasının yəhudi olması ehtimalı var. Almaniyanın “Focus” jurnalında bununla bağlı material dərc edilib.

İlk dəfə bu haqda Hitlerin yaxın adamı sayılan Hans Frank 1946-cı ildə danışıb. İndi bir amerikalı tarixçi şayiənin gerçək olmasını iddia edən arqument ortaya qoyub. Avstriya arxivlərinin Hitlerin babasının yəhudi olmasını sübut etdiyini bildirirlər.

Jurnalist Armin Furer yazır ki, Frankın xatirələri çap olunanda kitabdakılar böyük rezonans doğurmuşdu. Frank iddia edirdi ki, 1930-cu ildə Hitlerin Avstriyanın Qrats şəhərində yaşayayn ata babasının yəhudi olmasını üzə çıxarıb. Guya Hitlerin bacısı oğlu Uilyam Patrik məktubunda dayısını ictimaiyyətə həqiqəti danışmaqla hədələyirmiş. Frankın yazdığına görə, Almaniya lideri ondan vəkil kimi məsələni yoluna qoymağı xahiş edibmiş.

Frank başqa maraqlı məsələlər də yazıb. Məsələn, Hitlerin nənəsi Mariya Anna Şiklqruber 1836-cı ildə Frankenberq soyadlı adamla yazışırmış. Mariya Anna bu adamın evində işləyibmiş. Məktubdan belə anlaşılır ki, Hitlerin nənəsi onun 19 yaşlı oğlundan hamilə qalıb. Cənab Frankenberq uşağın 14 yaşına qədər bütün xərclərini boynuna götürübmüş. İş orasındadır ki, Frankenberq yəhudi idi.

İndi amerikalı tədqiqatçı Leonard Saks da Frankın iddialarını təsdiqləyir. Hərçənd, arxivlərdə Hitlerin nənəsinin məktubu ortaya çıxmır. Üstəlik, 1836-cı ildə Qratsda yəhudilər yaşamırmış.

Ümumiyyətlə, Frankın iddiasının əleyhinə çıxanlar da az deyil. Məsələn, britaniyalı ekspert Riçard Evans yazır ki, Hitlerin babasını yəhudi çıxarmaq həm də dünyanın bir hissəsinin arzusudur. Almaniya liderinin yəhudiləri kütləvi qırmaq düşüncəsini başqa cür izah etmək olmur.

“Focus” isə Frankenberqin Şiklqruberə pul ödəməsi haqda arxivdə sənədlərin olduğunu bildirir. Böyük ehtimalla, Mariya Anna özündən 23 yaşlı kiçik oğlandan hamilə qalıb. Oğlanın atası da aliment ödəyirmiş.

Son xəbərlər
Bütün xəbərlər »