Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın ən güclüsü bu gecə İstanbulda bəlli olacaq

Bu axşam Türkiyə vaxtı ilə saat 22:00-da İstanbul şəhərində 44-cü UEFA Super Kuboku matçı keçiriləcək. Madriddə UEFA Çempionlar Liqasının qalibi olmuş “Liverpul”la Bakıda UEFA Avropa Liqası kubokunu başı üzərinə qaldırmış “Çelsi” qitənin ən güclüsü adı uğrunda mübarizə aparacaq.

Liverpul komandasından Alisson Becker, Nathaniel Clyne və Dejan Lovren zədələndikləri üçün meydana çıxa bilməyəcəklər.

Çelsidə isə ise Callum Hudson-Odoi, Ruben Loftus-Cheek və Reece James yaralandıqları üçün azarkeşlərini məyus edəcəklər.

N'Golo Kante, Antonio Rudiger və Willian'ın durumları ise matç zamanı bəlli olacaq.

Oyunun keçiriləcəyi “Vodafone Arena”ya təxminən 40 min tamaşaçının gələcəyi gözlənilir.

Oyuna ən ucuz bilet 50 avrodur.Mərkəzi tribunaların qiyməti isə 150 avroyadır.

Bu matçın İstanbulun iqtisadiyyarına təxminən 100 milyon avro xeyir verəcəyi gözlənilir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »