Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadını 3 həftə balıq dərisinə bürüdülər, möcüzəyə şahid oldular - Video

Balıq dərisinin bir sıra infeksiya xəstəliklərinə çarə olduğunu eşitmişdinizmi. 10-20 santimetr uzunluğunda kəsilmiş balıq dərisi emal edildikədn sonra xüsusi qaydada soyuducuda saxlanılır. Bu şərtlər altında iki il öz xüsusiyyətlərini itirmir.

Bizimyol.info xəbər verir ki, braziliyalı 36 yaşlı Mariya İnes Kandido da Silva işlədiyi kafedə qaz balonunun partlaması nəticəsində möhkəm yanıq xəsarətləri almışdı. Qadının üzü və əlləri xüsusilə ağır yaralanmışdı. Həkimlər qadını əvvəllər istifadə olunmamış bir metodla sağaltmağa qərar verirlər. Onlar güclü yanıqların iz qoymadan tez sağala bilməsi üçün ənənəvi dərman vasitələrinin yerinə balıq dərisi istifadə etmək qərarına gəlirlər. Mariyanın sağalmasından sonra həkimlər daha 50 nəfəri eyni yolla müalicə etdilər. Yanıq yerinin sağalması üçün həkimlər tilapiya balığının dərisindən istifadə etdilər. Balıq dərisini istifadəyə hazır vəziyyətə gətirmək üçün onun üzərindəki pullar, əzələ lifləri və toksinlər təmizlənir. Bunun sayəsində dəridən yanmış insan dərisinə infeksiya keçmir.

Balq dərisi Mariyanın üzündə və bədənindəki yanmış dəridə 20 gün saxlanıldı. Qeyri-adi plastırları hər gün bir neçə dəfə yeniləri ilə əvəz etmək lazım gəlirdi.

Bu yeni metod nəticəsində Maryanın yanıq izləri tamamilə getdi və o əvvəlki görünüşünə qayıtdı.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »