Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı ABŞ-da satdığı mebellərə bölgələrimizin adını verir - FOTO

Səbuhi Nəsibovun 27 yaşı var. Mingəçevir şəhərində doğulub və 18 yaşına qədər orda yaşayıb. Hələ yeniyetməykən qarşısında geniş üfüqlər görmək istəyi olub və bu istəklə də ali məktəbi Türkiyədə bitirmək istəyib Sivasda İnşaat Mühəndisliyi ixtisası üzrə təhsil almağa başlayıb.

ABŞda azərbaycanlı iş adamı Avrus

Həmin müddətdə dil öyrənmək məqsədi ilə bütün türk və azərbaycanlı tanışları ilə əlaqələri kəsərək çinli tələbələrlə vaxt keçirməyə üstünlük verib. Şinin Şanxay Universitetində Çin dili və filologiyası, Beynəlxalq Biznesin idarə edilməsi ixtisasları üzrə təhsilini davam etdirib.Birdən birə III kursda dərsə başlayan həmyerlimiz Çində ali məktəbi 2 il 6 ay ərzində fərqlənmə diplomu ilə başa vurub. Həmin vaxt ərzində paralel olaraq biznes qurub və Çindən Azərbaycana sertifikatlı məhsulların gətirilməsi ilə məşğul olub. Universiteti bitirdikdən sonra Oksford Universitetində təhsil almaq arzusunu reallaşdırmağa çalışıb və imtahanları uğurla verərək qəbul olunub. Lakin qəbul olunsa da Britaniya tərəfinin vizada yaratdığı bəsit problemlər səbəbi ilə Britaniyaya gedə bilməyib. Üz tutub ABŞ-a. Green kard qazanaraq Ohayo ştatının Kolumbus şəhərində yaşamağa başlayıb. Daha sonra qardaşı da onun yanına köçüb və birlikdə biznes qurmağa qərar veriblər.

Amerikada hər şeyi yenidən və sıfırdan başlamalı olub. Pizza da satıb, taksi də sürüb, maşın da yuyub.Amma bu müddət ərzində planlar qurub yenidən başlamağı düşünüb.

ABŞda azərbaycanlı iş adamı

“Amerikan həyat tərzi insanı işləməyə məcbur edir . Çünki orada nə qədər işləyirsən o qədər qazanırsan.Evimizə əşya alarkən istədiyimiz mebelləri tapa bilmədik. Orda bütün mebellr Sovet dönəmindəki mebelləri xatırladırdı, zövqsüz və komfortsuz idilər. O zaman biz özümüz mebel yaratmaq qərarına gəldik. Dünyaya səs salan brend adlar arxasınca qaçmadıq, düşündük ki, öz mebellərimizə Azərbaycanın bölgələrinin adlarını verək. Bakı, Qarabağ, Şuşa. İndi o rayonumuz yoxdur ki, onun adını daşıyan mebelimiz olmasın. Bunu etməklə vətənimizin adının tanıdılmasında az da olsa rolumuz olsun istədik.Modellərimiz alan adam maraqlansa ən azından bizim haqqımızda nəsə məlumat əldə edə biləcək. Hədəflərimiz böyükdür. Özümüzə güvənirik.Hər bir Azərbaycanlı ölkəmiz üçün nəsə etsə ölkəmizi tanıdarıq”, deyə Səbuhi bildirir. Nə deyək, okeanlarda üzmək üçün yaradılanlar kiçik göllərəŞ çaylara sığmazlar. Soydaşımıza uğurlar arzu edirik. Onun uğur hekayəsindən dərs götürmək istəyənlər üçün də bu kiçik həyat hekayəsini təqdim etdik.

İlhamə Rəsulova

ABŞda azərbaycanlı iş adamı

Avrus

Son xəbərlər
Bütün xəbərlər »