Qaxın ən ucqar kəndi olan Sarıbaş kəndinin məktəbi tamamilə istifadəsiz qalıb.
Bizimyol.info-nun məlumatına görə, bu barədə hüquq müdafiəçisi Əhməd Şahidov sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, kəndin boşalmasına səbəb kəndin yollarının keçilməz olması, gediş-gəlişin çətinliyidir. Sarıbaş kəndinə qədər olan yeddi kilometrlik enişli və yoxuşlu yollarda təkcə “UAZ” markalı avtomobillər hərəkət edə bilir.
Sarıbaş kəndində əvvəllər 1000-dən çox sakin yaşayıb. Lakin 1964-cü ildə Dağ kəndlərinin köçürülməsi qərarı ilə bu kəndin əhalisi aranda salınmış Cəlayır kəndinə köç etməyə məcbur olub. Buna baxmayaraq doğulub boya başa çatdığı kəndi tərk edə bilməyən sakinləri də var.Hazırda kənddə 30-a yaxın ailə yaşayır.
Dolanışığı çətinliyə düşən insanlar öz yurdlarını tərk edərək kəndi boşaldıblar. Bu səbəbdən də iki mərtəbəli kənd məktəbinin qapıları bağlanıb, istifadəyə yararsız vəziyyətə düşüb. Bizimyol.info Əhməd Şahidovun kənddə çəkdiyi şəkilləri təqdim edirik.