Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya 4 günlük iş həftəsinə keçmək istəmir, həkimlər etiraz edir

Həkimlər hesab edirlər ki, 4 günlük iş həftəsi ruslarda nefroz və piylənməyə səbəb olacaq.

Bizimyol.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının üzvü, həkim terapevt Yelena Tixomirova məlumat verib.

Həkimin sözlərinə görə, çox az hallarda insanlar özlərini inkişaf etdirmək, o cümlədən boş zamanlarında idmanla məşğul olmaq barədə düşünürlər.

“4 günlük iş rejiminə keçirilərsə, insanların 95 faizi sadəcə tənbəlliklə məşğul olacaq. Buna görə də insanlarda piylənmə artacaq.Əgər insanın çox sevdiyi işi varsa, əlavə istirahət günləri ona fobiyalar yaradacaq. Qorxularının artmasına səbəb olacaq. O həmişə işi ilə bağlı narahatlıq keçirəcək, nələrinsə yolunda getmədiyini düşünəcək.Qışda qrip epidemiysının azalmasına səbəb olmayacaq. Qripə insanlar havalandırılmayan məkanlarda yoluxurlar. Metro, avtobus kimi. Evdə oturub işləməyən insan da gəzməyə harasa gedirsə mütləq yoluxacaq”.

Tibb elmləri doktoru, psixoterapevt Lev Perejoqin isə bu fikirlərlə razılaşmayaraq iş həftəsinin azalmasının insan psixikasına zərərli olmayacağını bildirib.

“Özünə inanan insanlar məhsuldar, yüksəkkeyfiyyətli işlə məşğul olanlar bu dəyişiklikdən məmnun olacaqlar. Fiziki işlə məşğul olanlar isə yox. Çünki onların əməyi işin keyfiyyəti ilə deyil, sayı ilə dəyərləndirilir. Ailə münasibətlərində bu günə qədər hər şey yaxşı idisə istirahət günlərinin sayının çox olması daha da müsbət effekt verəcək, ailəni möhkəmləndirəcək. Əks halda bu ailə münasibətlərinin daha da gərginləşməsinə aparacaq”.

4 günlük iş həftəsinə keçməyi Rusiya Müstəqil Həmkarlar İttifaqları Gederasiyası təklif edib. Rusiyada aparılan sorğuda məlum olub ki, əhalinin 48 faizi bu təklifə yox deyir, 29 faiz təklifi bəyənir, 17 faiz üçün isə iş həftəsinin neçə gündən ibarət olması əhəmiyyət daşımır. Rusiyanın baş naziri Dmitri Medvedev iyun ayında 4 günlük iş həftəsinə keçid ola biləcəyini vurğulayıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »