Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda törədilmiş qətllə bağlı rəsmi açıqlama yayıldı
hebs

Baş Prokurorluq Sumqayıt şəhərində baş vermiş qətllə bağlı məlumat yayıb.

Bizimyol.az xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində kirayədə yaşamış Bislan Bakayevin qəsdən öldürülməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Şəhərin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bakayevin qəsdən öldürülməsində şübhəli bilinən 1987-ci il təvəllüdlü Muxtarov Tural Arif oğlu tutulub, hadisə yerindən cinayətin aləti olan 1 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

T.Muxtarov müdafiəçinin iştirakı ilə dindirilərkən ifadəsində cinayətin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini etiraf edib.

Paylaş »
››› Bakıda sürücülərə tələ quran polislərin kimliyi açıqlandı - Video
››› Gündə 10 min dollar qazanan məktəbli: təzə imarət alıb - Fotolar
››› Hələ belə biabırçı təşviqat kampaniyası görməmisiniz - Video
››› Tofiq Qasımov İsveçrədə dəfn olunub: “Ailəsi bu barədə Azərbaycana gec məlumat verib”
››› Polisdən orijinal addım: Oğlunun kiçik toyuna kimsəsiz uşaqları dəvət etdi - Foto

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »