Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yüzlərlə sərnişin təyyarəsiz qaldı - AZAL-dan açıqlama

Bakıdan Omanın paytaxtı Masqata uçmalı olan AZAL-a məxsus təyyarəni aeroporta sərnişinlər 14 saat gözləyib.

Bizimyol.info xəbər verir ki, sərnişinlər aeroportdan kor-peşman evlərinə dağılışıblar və hələ də nə baş verdiyi barədə heç bir məlumat ala bilməyiblər.

Sosial şəbəkədə yayılan məlumata görə, avqust ayının 8-də AZAL-a məxsus təyyarə Bakıdan Omanın paytaxtı Masqata uçmalı və geri qayıtmalıydı: “Təyin olunan vaxtda təyyarə gəlib çıxmayıb, Bakının 5 ulduz almış aerportuna yığılmış turistlər gecə səhərə qədər çarəsiz halda gözləməli olublar. Həmçinin bayramı Azərbaycanda keçirmək istəyən digər turistlər də səbrsizliklə Masqat aerportunda Bakıdan gələn təyyarəni gözləyirdilər.

Lakin məsələ burasındadır ki, AZAL aeroportda qalan qonaqlarını yerləşdirmirməklə bağlı məsuliyyət daşıdığı halda, hətta əlaqə saxlamaq da mümkün deyil. Dünən gecə Masqatdan Bakıya gəlməli olan və halal pullarını verib bilet almış müştərilər Azərbaycan qonaqpərvərliyindən əvvəl AZAL-ın “xoş münasibəti” ilə qarşılaşıblar. Gecə aeroporta 14 saat gözləmiş müştərilər kor-peşman evlərinə dağılışıblar və hələ də nə baş verdiyi barədə heç bir məlumat ala bilmirlər, Omanda həmin gün istirahət günüdür (müqəddəs cümədir) və ofislər bağlıdır, AZAL isə öz təyyarəsinin hara yox olması, bəlkə Qırğızıstana qoyun daşıması, texniki nasazlığı, yaxud sərnişin sayı az olduğu üçün yanacağaqənaət edib reysi ləğv etməsi barədə əcnəbi turistlərlə heç bir informasiya paylaşmır.

Bakıdan getməli və Bakıya gəlməli olan yüzlərlə insan istirahət və bayramla bağlı planları pozulmuş halda gözləyir. Və bütün bunlar turizmin inkişafı barədə səs-küylü təbliğatın fonunda cərəyan edir. Otellərə, şirkətlərə xeyli pul ödəmiş turistləri çaş-baş qoyan isə, növbəti reyslə bağlı cüzi də olsa məlumat verməyi AZAL-ın özünə sığışdırmamasıdır”.

Məsələ ilə bağlı AZAL-dan bizimyol.info-ya bildirilib ki, Bakı-Maskat-Bakı marşrutu üzrə reyslər çarter reyslərdir və Omanın turizm operatorlarından birinin sifarişi ilə yerinə yetirilir: “Məlum olduğu kimi, çarter reyslərinə aviabilet satışı aviaşirkət tərəfindən deyil, birbaşa sifarişçi tərəfindən (bu halda turizm operatoru) yerinə yetirilir. Dünən Bakı-Maskat reysinin aeroporta gələn sərnişinləri sifarişçi tərəfindən yazılmalı və təsdiqlənməli olan həqiqi aviabiletlərlə təmin olunmayıblar. Bu səbəbdən də reysin baş tutması qeyri-mümkündür.

Yaranmış xoşagəlməz vəziyyətin bütün məsuliyyəti turistləri aviabilet və turlarla təmin edən Omanın turizm operatorunun üzərinə düşür. «Azərbaycan Hava Yolları» bu istiqamətdə uçuşların yerinə yetirilməsi üçün həm təyyarələri, həm də uçuş heyyətlərini hər zaman hazır vəziyyədə tutaraq, operator tərəfindən sənədlərin doğru düzgün rəsmləşdirilməsini gözləməkdədir.

Həmçinin qeyd etmək istəyirik ki, «Azərbaycan Hava Yolları» və onun aşağıbüdcəli daşıyıcısı «Buta Airways»-in donanmasındakı bütün təyyarələr (Embraer E-190 modelli təyyarələr də daxil olmaqla) maksimal dərəcədə səmərəli istifadə olunur və gün ərzində fərqli istiqamətlərə bir neçə reys yerinə yetirirlər və uçuş cədvəli ilə rəsmi saytımızda öz əksini tapmaqdadır”.

Ramid İbrahimov

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »