Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təyyarəyə “MacBook Pro” notbuklarını keçirmək qadağan edildi

ABŞ aviasiya idarəsi (FAA) “Apple” şirkətinin istehsalı olan “MacBook Pro” notbuklarının təyyarə ilə daşınmasına qadağa qoyub.

TASS xəbər verir ki, qadağa 2015-ci ilin sentyabrından 2017-ci ilin fevralına kimi satılmış kompyuterlərə şamil ediləcək.

İyunda “Apple” bu notbukların geri çağırılması haqqında bəyanat verib. Şirkətin mütəxəssisləri 15-düymlük “MacBook Pro”larda nöqsan aşkar ediblər: notbukun batareyası qızdığından yanğın təhlükəsi yaranır.

FAA bundan xəbərdar olaraq qadağa qoyduğunu açıqlayıb.

Son xəbərlər
Bütün xəbərlər »