Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jirinovskidən NATO qırıcıları ilə bağlı sərt reaksiya - Video

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Müdafiə naziri Sergey Şoyqunun Kalininqraddan Moskvaya qayıdarkən onun olduğu təyyarəyə Baltik dənizinin neytral suları üzərində NATO-ya məxsus F-18 qırıcıların yaxınlaşması ilə bağlı məlumata münasibət bildirib.

“RİA Novosti” xəbər verir ki, partiya sədri Telegram səhifəsində vurğulayıb ki, Rusiyanın birinci şəxslərini daşıyan təyyarələrə yaxınlaşan istənilən xarici obyektləri vurmaq lazımdır: “Biz böyük rəhbərlərimizi risk altına qoya bilmərik. Onlar bir dəfə vurulsa, daha heç vaxt bizim təyyarəyə yaxınlaşmayacaqlar”.

Xatırladaq ki, avqustun 13-də Rusiya Müdafiə naziri Sergey Şoyqu Kalininqraddan Moskvaya qayıdarkən onun təyyarəsinə Baltik dənizinin neytral suları üzərində NATO-ya məxsus F-18 qırıcıları yaxınlaşıb. Nazirin təyyarəsini müşaiyət edən SU-27-lərin müdaxiləsi nəticəsində Britaniya Hərbi Hava Qüvvələri Krallığına məxsus qırıcılar uzaqlaşıblar.(apa)

Son xəbərlər
Bütün xəbərlər »