Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda Çeçenistan vətəndaşı öldürüldü

Sumqayıtda bir necə saat əvvəl qətl hadisəsi törədilib. Hadisə şəhərin sənaye zonasında “SOCAR Karbamid” zavodunun yaxınlığında baş verib.

Axar.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qətlə yetirilib.

B. Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq zərbəsi alıb. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər
Bütün xəbərlər »