Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyadan aclıqdan qaçdı, Cənubi Koreyada acından öldü

Cənubi Koreyanın paytaxtı Seuldakı mənzillərdən birində şimalikoreyalı qadın və onun 6 yaşlı oğulu ölü tapılıb. İlkin versiyaya görə, aclıqdan qaçan ana-bala cənubda məhz acından ölüb.

Bizimyol.info xəbər verir ki, yaşayış massivinin administrasiyası kommunal ödəmələr üçün bir müddət qadınla əlaqə saxlaya bilmədikdə mənzilin suyunu kəsib. Sonradan içəridə cəsəd olmasından şübhələniblər. Ana və balanın iyunun ortalarında öldüyü ehtimal edilir. Soyuducuda qırmızı istiotdan başqa heç nə yoxmuş.

Xan Şimali Koreyadan 2009-cu ildə qaçıbmış. Cənubi Koreyada ərə gedib, Çinə köçüb. Orada övladı dünyaya gəlib. Sonradan cütlük ayrılıb. Xan Cənubi Koreyaya qayıdandan sonra heç kimlə əlaqə saxlamırmış. Hətta Cənubi Koreya hökumətinin Şimali Koreyadan qaçanlar üçün ayırdığı aylıq 100 dollar müavinəti də almağa gəlmirmiş.

Son xəbərlər
Bütün xəbərlər »