Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayrı-ayrı ölkələrə səfər zamanı nəyi etmək lazım deyil

Səyahət gözəldir. Bir şərtlə ki, yerli mədəniyyətə hörmət olsun, yerli adamlar narahatlıq keçirməsin.

Bunun üçün ayrı-ayrı ölkələrə səfər zamanı nəyi etmək lazım olmadığını bilməliyik. Bizimyol.info turistlərin çox səfər etdiyi ölkələr haqda məlumatı təqdim edir.

İtalyanları daha çox turistlərin onları mafioz sayması qıcıqlandırır. Mafiyanın Siciliyada doğulması aydındır. Amma hər italyanın mafiya üzvü olmamasını da unutmamalıyıq.

Hər italyan ingiliscə danışmır. Bunu onlardan gözləmək lazım deyil. Bir də yeməyin dadlı olmasını bildirən xüsusi jest – barmaq uclarını toplayıb havada yelləmək həmişə yerinə düşmür. İtalyanlar belə yanaşmadan beziblər.

Danimarkaya gedənlər üç yol olduğunu yaddan çıxarmamalıdır: piyadalar, velosipedlər və avtomobillər üçün. Turistlər çox vaxt velosiped yollarında selfi çəkdirir. Danimarkalılar bu nəqliyyat növündən çox istifadə edir. Onların normal həyatına mane oluruq.

Avstraliya böyük kənd deyil. Düzdür, küçədə qarşınıza həşəratlar, hətta ilan da çıxa bilər. Amma yetərincə mədəni, müasir ölkədən söhbət gedir.

Avstraliyada hamı ağ deyil. Təəccüblü baxışlar yerli adamların xətrinə dəyir.

Almanlar turistlərə maksimum dözümlü yanaşmağa çalışır. Onları iki məsələ özündən çıxarır. Birincisi, əsir düşərgələrində sekfi çəkdirmək. İkincisi, Hitler salamı. Qanunvericilik də bunu qadağan edir. Almaniyada belə salam versəniz, cərimə oluna bilərsiniz.

İngilislərə səhərlər toxunmaq olmaz. Məsələn, metroda səs-küy salmamaq. Növbəni pozmaq da onların əsəblərinə toxunur.

Yeni Zelandiyada turistlərin öz dilində möhkəm danışmasını xoşlamırlar. Əlbəttə, yenizelandiyalılar çoxdillidir. Amma ölkədə hamı ingiliscə başa düşür, ünsiyyəti bu dildə qurmaq lazımdır.

Hindistanda yoxsul adamların şəklini çəkmək onların ürəyincə deyil. Çünki dünyanın hər yerindı olduğu kimi burada da zəngin məhəllələri, rayonları var.

Cənubi Koreyada turistlər alış-verişdən sonra köhnə əşyalarını, paltarlarını çox unudub gedirlər. Koreyalılar illərlə bunu saxlaya bilər. Ümid edirlər ki, bir gün cırıq ayaqqabılarınız üçün qayıda bilərsiniz.

Yunanıstanda turistlər bir çox hallarda tarixi abidələrə qarşı həssas davranmır. Dünyanın ən qədim ölkələrindən birinin tarixinə hörmət etmək vacibdir.

Son xəbərlər
Bütün xəbərlər »