Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Heç vaxt ümidinizi itirməyin” - Komaya düşdüyü günü belə qeyd etdi - Foto

Britaniyalı aparıcı Çarli Vebster komaya düşdüyü günün 3 illiyini rəqs edərək qeyd edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə o, İnstaqram hesabında yazıb.

Belə ki, üç il əvvəl Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları zamanı malyariya xəstəliyinə yoluxan aparıcı süni komaya salınıb. Pasiyentin daxili orqanlarının sıradan çıxdığını görən həkimlər onun yaşamayacağını düşünüb. Lakin aparıcı həyatda qalıb. Daha sonra o, nadir bakterial infeksiyaya yoluxub.

Vebsterin sözlərinə görə, o, çətinliklə də olsa, yaşamaq uğrunda mübarizə aparıb. Çarli psixoloq və müntəzəm pəhriz sayəsində hazırda özünü yaxşı hiss edir. “Heç vaxt ümidinizi itirməyin, mübarizə aparmaqda davam edin”, - aparıcı İnstaqram izləyicilərinə çağırış edib.

Son xəbərlər
Bütün xəbərlər »