Şənbə , 17 Avqust, 2019
Baş səhifə / Hadisə / İnsan alverində təqsirləndirilənlər axtarışa verib

İnsan alverində təqsirləndirilənlər axtarışa verib

41 Views

Azərbaycan hüquq-mühafizə orqanları iki Türkiyə vətəndaşı barəsində axtarış elan edib.

Bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Türkiyə vətəndaşları – 1971-ci il təvəllüdlü Tarkan Gursen və 1992-ci il təvəllüdlü Doğan Solun insan alverində təqsirləndirilirlər.

Onların hər ikisi barəsində 2019-cu ildə axtarış elan olunub.(apa)