Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Patruşevin Yerevan səfəri başlayıb - Paşinyanla görüşüb

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana səfəri başlayıb.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, N. Patruşev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla iki ölkənin milli və informasiya təhlükəsizliyi məsələlərini müzakirə edib.

Qeyd olunur ki, tərəflər təhlükəsizlik şuraları, hüquq-mühafizə orqanları, hərbi idarələr və xüsusi xidmət orqanları vasitəsilə Rusiya ilə Ermənistan arasında əməkdaşlığa dair geniş məsələləri nəzərdən keçiriblər.

Nikolay Patruşev 1

Həmsöhbətlər regional təhlükəsizliyin vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Qriqoryan və Patruşev iki ölkənin AAİK, MDB, KTMT və BMT Baş Assambleyası çərçivəsində qarşılıqlı əlaqələri barədə də danışıblar.

Rusiya Təhlükəsizlik Şurasının katibi Moskva ilə Yerevan arasında beynəlxalq informasiya təhlükəsizliyi məsələlərində sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Onun fikrincə, bu məsələ iki dövlətin sabit inkişafı, habelə terrorizm və ekstremizmə qarşı effektiv mübarizə üçün ciddi əhəmiyyət kəsb edir.

Sonra Nikolay Patruşev Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparıb. Görüşdə beynəlxalq gündəmdəki aktual məsələlər, xüsusən Suriyada dinc həyatın bərpası müzakirə edilib.

Xatırladaq ki, Suriyada Rusiya qüvvələrinin tərkibində erməni silahlı qüvvələrinin məhdud kontingenti də iştirak edir. Erməni mütəxəssislərin Suriyada qalması, statusu, fəaliyyəti və təhlükəsizliyi məsələləri Ermənistan qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Erməni mütəxəssislərin Suriyaya çatdırılması, eləcə də onların maddi-texniki təminatı isə Rusiya tərəfinin dəstəyi ilə həyata keçirilir.(Virtualaz.org)

Paylaş »
››› "WhatsApp" yeni qadağalara başlayıb – Nömrələri bloklayır
››› Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi, döyüldü - Video
››› Oqtay Gülalıyevdən sarsıdıcı xəbər
››› Nazir daha iki direktoru işdən çıxarıb
››› Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqladı
Son xəbərlər
Bütün xəbərlər »