Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gecə güclü radiasiya olacaq? - İnsanlar təşviş içindədir
Azərbaycanda “whatsapp” vasitəsiylə göndərilən mesaj insanlarda böyük həyəcan yaradıb.

Metbuat.az-ın məlumatına görə, mesajda gecə saatlarında yer kürəsinin yüksək radiasiyaya məruz qalacağı barədə xəbərdarlıq edilib. Bu üzdən telefonların söndürülməsi tövsiyyə olunub. Mesajda yazılır:

“Rusiya Federasiyasının prezidenti Vladimir Putin əhaliyə bu gün 00:30-dan 03:30-dək telefonu, mobil telefonu, tabletini və s özündən uzaq tutmasını bildirib. Qırğız televiziyası da xəbərlərdə bu barədə məlumat yayıb. Xəbərlərdə bildirilib ki, ailənizi və dostlarınızı məlumatlandırın 00:30-dan 03:30-dək planetimizdə yüksək radiasiya olacaq. Kosmik şüalar yerə yaxınlaşacaq. Mobil telefonlarınızı söndürün. Cihazı bədənə yaxın bir yerə qoymayın. Bu sizə ağır zərər verə bilər. Bu mesajı sizin üçün çox əziz olan bütün insanalara göndərin”.

Qeyd edək ki, xarici mətbuatda bu iddialara dair heç bir məlumat yoxdur. Elm adamları məsələ barədə açıqlama verməyib.

Son xəbərlər
Bütün xəbərlər »