Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı islamşünas Rusiyanın ən nüfuzlu 100 müsəlmanı siyahısında

Tanınmış dinşünas, islamşünas və filosof, “Quran”ı rus dilinə tərcümə edən azərbaycanlı Elmir Quliyev Rusiyanın ən nüfuzlu 100 müsəlmanı siyahısına daxil olub.

Siyahını Rusiyanın “Business online” qəzeti tərtib edib.

Qeyd edilir ki, siyahıya düşənlər hakimiyyət, biznes, idman və mədəniyyətdə önəmli yerlər tutur, İslam xeyriyyəçiliyi ilə fəal məşğul olurlar.

Siyahını hazırlamaq üçün islamşünas, alim, məmur və digər ekspertlərin fikri öyrənilib.

Namizədlər Rusiyanın dini, siyasi, iqtisadi və ictimai həyatına təsir imkanları üzrə qiymətləndirilib.

Son xəbərlər
Bütün xəbərlər »