Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Messi Neymardan "Real Madrid"ə keçməməyi xahiş edib

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Fransa PSJ-sinin hücumçusu Neymarın transferi ilə bağlı danışıqlara qoşulub.

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, argentinalı forvard braziliyalı oyunçuya zəng edib. O, Neymardan "Real Madrid"ə keçməməyi və "Barsa"ya qayıtmağı xahiş edib.

Daha əvvəl Neymar uğrunda mübarizədə "kral klubu"nun öndə olduğuna dair xəbər yayılıb. Bu məlumat PSJ-nin Kataloniya təmsilçisi ilə münasibətlərinin pisləşməsi ilə əlaqələndirilib.

Qeyd edək ki, Neymar "Barselona"da 2013 - 2017-ci illərdə forma geyinib. 27 yaşlı hücumçu ötən mövsüm PSJ-də 28 oyunda 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris klubu ilə müqaviləsi 30 iyun 2022-ci ilədək qüvvədədir.

Paylaş »
››› "WhatsApp" yeni qadağalara başlayıb – Nömrələri bloklayır
››› Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi, döyüldü - Video
››› Oqtay Gülalıyevdən sarsıdıcı xəbər
››› Nazir daha iki direktoru işdən çıxarıb
››› Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqladı
Son xəbərlər
Bütün xəbərlər »