Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp KXDR üzrə nümayəndəni ABŞ-ın Rusiyada səfiri təyin edə bilər

Birləşmiş Ştatların prezidenti Donald Tramp Amerikanın Koreya Xalq Demokratik Respublikası (KXDR) üzrə xüsusi nümayəndəsi Stiven Biqenanı ABŞ-ın Rusiyada yeni səfir təyin etmək imkanını nəzərdən keçirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" bildirib.

Agentliyi məlumatlandıran mənbənin sözlərinə görə, Ağ Ev başçısı bu vəzifəyə Biqenanı mümkün namizəd hesab edir. Daha əvvəl "Vox" informasiya portalı da belə bir iddia ilə çıxış edib ki, Tramp məhz Biqenanı Moskvada səfir təyin edəcək. O, rus dilini bilir, daha əvvəl "Ford Motor" şirkətində işləyib və başqa dövlətlərin hakimiyyətləri ilə əlaqələr üzrə cavabdehlik daşıyıb.

Ağ Ev və Dövlət Departamenti bununla bağlı informasiyanı dəqiqləşdirmək xahişi ilə TASS-ın sorğusuna cavab verməyib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyada raket sınağı zamanı baş vermiş partlayışı şərh edib.

Son xəbərlər
Bütün xəbərlər »