Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bizimyol.info-un Report-a istinadən məlumatına görə, hərəkətdə olan VAZ markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.