Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində keçmiş məhkumun qarnından diş fırçası çıxdı - 20 il əvvəl udub

Çinin Quandun əyalətinin Şençjen şəhərində keçmiş məhkumun qarın boşluğundan 20 ilə yaxın əvvəl udduğu diş fırçası çıxıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Daily Mirro” nəşri yazıb.

Bu, qarnındakı ağrılardan şikayət edən 51 yaşlı kişinin həkimlərə müraciətindən sonra məlum olub. Belə ki, kompüter tomoqrafiyası onun öd yolunda yad cismin ilişdiyini göstərib. Mütəxəssis endoskop vasitəsi ilə həmin obyekti – diş fırçasını oradan çıxara bilib.

Diş fırçasının uzunluğu 15 santimetr olduğu bildirilir. O, orqanizmdə qaldığı müddətdə qaralıb və başlığındakı tükcüklərindən olub.

Pasiyentin sözlərinə görə, o, 20 il əvvəl həbs olunub. O, diş fırçasından intihar etmək üçün istifadə edib, lakin cəhdi boşa çıxıb. Kişi sağ qalıb və həbsdən qarnında diş fırçası ilə çıxıb.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »