Şəhzadə Harri və həyat yoldaşı Meqan Markl "Madan Tussonun Mum fiqurları" muzeyində yerləşdirilib.
"Bizimyol.info"nun xarici KİV'ə istinadən məlumatına görə, muzey rəhbərliyi cütlüyün mum fiqurlarını ayrı otaqlara qoymaq qərarına gəlib. Buna səbəb "Meqan Marklın "kral ailəsi" statusunu deyil, şou-biznesdəki yerini ön plana çıxarmaq" olduğu bildirilib.
Meqanın əhatəsində aktyor Tom Hardi, futbolçu Devid Bekham və hind aktrisası Priyanka Çorpa kimi tanınmış simaların olduğu qeyd edilib.
Muzey rəhbərliyinin sözlərinə görə, onlara insanların düşüncələri çox önəmlidir: "İnsanlar Meqan Marklı şou-biznes aləmində görmək istəyir".
Cütlüyün muzeydəki görünüşü onların rəsmi nişan mərasimini xatırladır: Harri göy kostyumda, həyat yoldaşı isə tund yaşıl libasda.
Adelya