Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə insanlar azı 400 dollar maaş istəyir

Rusiya əhalisinin 39 faizi məvacibindən narazıdır. “İctimai rəy” fondunun sorğusu belə deməyə əsas verir.

Bizimyol.info xəbər verir ki, respondentlərin yalnız 13 faizi maaşından razılıq edib. Ruslar orta hesabla 21 min rubl (təxminən 320 dollar) məvacib alır. Amma onlar 25-45 min rubl arası maaş istərdi. Yəni təxminən 400 dollardan az olmasın.

Respondentlərin 34 faizi düşünür ki, onlar çox işləsələr də, buna uyğun pul almırlar. Ruslar buna görə daha çox hökuməti və işverənləri qınayırlar.

Fikri soruşulanların 32 faizi deyib ki, maaşa uyğun yaşamağa çalışır. Bir növ büdcə çərçivəsində hərəkət etməyə alışıblar. Respondentlərin 20 faizi maaşın növbəti məvacibə qədər çatmadığını söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »