Rusiyanın Çelyabinsk şəhərində ərinin yumruq zərbələrindən qorunmağa çalışan qadın cinayət məsuliyyətinə cəlb olunub.
O, həyat yoldaşına bədən xəsarəti yetirməkdə ittiham edilib.
Bizimyol.info xəbər verir ki, Viktoriya Şkolnikova ərinin növbəti hücumu zamanı bıçağa əl atıb. Həyat yoldaşı bu arqumentdən polisə müraciət zamanı istifadə edib. Şkolnikovanı cinayət tərkibli addım atmaqda ittiham olunub.
Viktoriya günahını boynuna alıb. Ona üç il şərti cəza verilib. İttihamda Şkolnikovanın ailədə fiziki zorakılığıa məruz qalması haqda indiyə qədər heç kimdə məlumat olmaması yazılıb.