Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan Rusiya ilə parlament qalmaqalına görə 60 milyon dollar itirib

Rus deputat Sergey Qavrilovun iyunun 20-də Gürcüstan parlamentində spikerin yerində əyləşməsi Qafqaz ölkəsində böyük qalmaqala səbəb olmuşdu.

Minlərlə insan etiraz olaraq küçələrə çıxmışdı. Qalmaqal o qədər böyümüşdü ki, Rusiya prezidenti Vladimir Putin Gürcüstana bütün aviareysləri ləğv edən sərəncam imzalamışdı.

Sergey Qavrilov Sergey Qavrilov | RFE/RL

Bizimyol.info xəbər verir ki, həmin qadağa Gürcüstana 60 milyon dollar zərər vurub. Bunu qonşu ölkənin baş naziri Mamuka Baxtadze deyib.

Baş nazirin sözlərinə görə, hökumət turizm biznesinə dəstək üçün iki proqram hazırlayıb. O, agentliklərin problemlərin öhdəsindən gələ biləcəyini ümid ifadə edib.

Mütəxəssislər qalmaqaldan bir neçə gün sonra hadisənin ölkənin gəlirlərinə böyük zərbə vuracağını bildirən açıqlamalar verirdi. İqtisadçı Beso Namçavadze Gürcüstanın bu qalmaqala görə 100 milyon dollar itirəcəyini təxmin etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »