Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın "Rustavi2" kanalı satılır

Gürcüstanın müxalif kanalı "Rustavi2"nin yeni sahibi, biznesmen Kibar Xalvaşi telekanalı satışa çıxaracaq.

Biznesmen bildirib ki, satışa səbəb kanalın maliyyə böhranı ilə üzləşməsidir.

“Mən bu nəticəyə gəlmişəm ki, telekanalın əvvəlki icraçı direktoru onu yalnız siyasi təsir aləti kimi görüb və yaxşı niyyətlə idarə etməyib. Məhkəmə çəkişmələri başlayandan sonra əvvəlki rəhbərlik şirkətin imicini zədələmək üçün bütün vasitələrdən istifadə edib. İndi bütün məsuliyyətimlə deyə bilərəm ki, telekanalın durumu faciəvidir və kredit borcu 70 mln. lariyə yaxınlaşır. Bunun 27 mln. dollarını isə dövlət büdcəsindən borc götürüb. Təəssüf ki, mənim maliyyə qabiliyyətim telekanalı dərin böhrandan çıxarmağa qadir deyil. Ona görə də ictimaiyyət qarşısında açıq deyə bilərəm ki, "Rustavi2"nin alışı ilə maraqlanan tərəflərlə danışıqlara hazıram", - deyə K. Xalvaşi bildirib.

K.Xalvaşi telekanalı sabiq prezident Mixeil Saakaşviliyə satmayacağını bəyan edib. O bildirib ki, satış şəffaf və azad rəqabət şəraitində keçiriləcək.(apa)

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »