Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kafedə bir nəfər bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Xan Şuşinski küçəsindəki kafedə baş verib.

Belə ki, şəhər sakini 1987-ci il təvəllüdlü Məhəmməd Abdullayev mübahisə və münaqişə zəminində bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Əldə edilən ilkin məlumata əsasən, tərəflər arasında münaqişə qız üstündə olub.

Qeyd edək ki, bıçaqlanan şəxs şəhərdə balıq satıcısı kimi tanınır.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »