Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponlar Kuril adalarında atalarının məzarlarını ziyarət edib

Rusiyaya məxsus “Avrora” aviaşirkəti bir qrup yapon vətəndaşını Kuril adalarına gətirib.

“RİA Novosti” xəbər verir ki, 67 yapon sərnişinin “Avrora”nın Q400 beynəlxalq çarter reysi ilə Kuril adalarının Rusiyaya aid hissəsinə gəlməkdə məqsədi atalarının buradakı məzarlarını ziyarət etmək olub.

“Avrora” aviaşirkətinin rəsmi məlumatında bildirilib ki, uçuş Rusiya Prezidenti Vladimir Putin və Yaponiyanın Baş naziri Şinzo Abe arasındakı razılıq əsasında reallaşıb.

Qeyd edək ki, Yaponiya vətəndaşlarının Kuril adalarına məzarları ziyarət məqsədi daşıyan bu uçuşu sayca üçüncüdür. Bu marşrut üzrə ilk uçuş 2017-ci ilin sentyabrında, ikincisi isə 2018-ci ilin iyul ayında olub.(apa)

Son xəbərlər
Bütün xəbərlər »