Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müharibənin ilk saatlarındaca NATO-nun bütün Qara dəniz donanması məhv ediləcək...”

Hərbi Dəniz Qüvvələri üzrə amerikalı mütəxəssis Layl Qoldstayn ABŞ-la Rusiya arasında mümkün müharibədə kimin qalib çıxacağını açıqlayıb.

Qoldstayn bu haqda “The National İnterest” jurnalında dərc edilmiş məqaləsində yazır.

Mütəxəssisin proqnozuna görə NATO-nun Qara dənizdəki bütün donanması müharibənin elə ilk saatlarındaca Rusiyanın sualtı qayıqları, yerüstü raket kompleksləri, raket katerləri və “Kinjal” kimi hipersəs sürətli komplekslərlə silahlanmış aviasiyası tərəfindən məhv ediləcək.

Qoldstayn hesab edir ki, Montre konvensiyasına görə Bosfor və Dardanel boğazlarından təyyarədaşıyan gəmilərin keçməsinə qadağa qoyulması ABŞ üçün uğurdur. Çünki əks halda Amerika donamasının qürur mənbəyi olan təyyarədaşıyanlar da tezliklə batırılardı.

Mütəxəssisin fikrincə ABŞ və Rusiya arasında hərbi toqquşma gərginliyin getdikcə artması səbəbindən tamamilə realdır. Onun sözlərinə görə, Amerika donanmasının Rusiya sahilləri yaxınlığında Ukrayna ilə birgə keçirdiyi təlimlər də gərginliyin artmasına səbəb olur.(Virtualaz.org)

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »